«Sahil İnşaat Qrup» üzrə 24 nəfər mühəndis texniki işçi fəaliyyət göstərir ki, bunlardan 18 nəfəri ali təhsilli mühəndis, ondan 12 nəfəri uzun müddətli istehsalat təcrübəsi olan peşəkar inşaat mütəxəsisləridir.İdarə yüksəkmərtəbəli binalar tikintisi üçün lazımı qədər avadanlıq, mexanizm və texnikası olan bazaya malikdir.
Tikinti quraşdırma işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq,müasir texnalogiya və avadanlıqlarla yerinə yetirilir.Bakıda və ətraf rayonlarda iş aparan tikinti firma və təşkilatlarla müqayisədə «Sahil İnşaat Qrup» tərəfindən yerinə yetirilən tikinti işlərin keyfiyyətinin tələb olunan səviyyədə olmaqla maya dəyəri nisbətən aşağı olur.
«Sahil İnşaat Qrup» təmir işləri ilə yanaşı bir-birindən gözəl,müasir tələblərə cavab verən bir çox yüksəkmərtəbəli binaların tikintisini başa çatdıraraq dövlət komisiyasına təhvil vermişdir.Hal-hazırda istifadəyə verilmiş bu binalar sakinlərin istifadəsindədir.