“SAHİL İNŞAAT QRUP” MMC HAQQINDA
«Sahil İnşaat Qrup» üzrə 24 nəfər mühəndis texniki işçi fəaliyyət göstərir ki, bunlardan 18 nəfəri ali təhsilli mühəndis, ondan 12 nəfəri uzun müddətli istehsalat təcrübəsi olan peşəkar inşaat mütəxəsisləridir.İdarə yüksəkmərtəbəli binalar tikintisi üçün lazımı qədər avadanlıq, mexanizm və texnikası olan bazaya malikdir.

Tikinti quraşdırma işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq,müasir texnalogiya və avadanlıqlarla yerinə yetirilir.Bakıda və ətraf rayonlarda iş aparan tikinti firma və təşkilatlarla müqayisədə «Sahil İnşaat Qrup» MMC tərəfindən yerinə yetirilən tikinti işlərin keyfiyyətinin tələb olunan səviyyədə olmaqla maya dəyəri nisbətən aşağı olur.

«Sahil İnşaat Qrup» MMC təmir işləri ilə yanaşı bir-birindən gözəl,müasir tələblərə cavab verən bir çox yüksəkmərtəbəli binaların tikintisini başa çatdıraraq dövlət komisiyasına təhvil vermişdir.Hal-hazırda istifadəyə verilmiş bu binalar sakinlərin istifadəsindədir.

RƏHBƏRLİK

Mahir Cabbarov - “Sahil İnşaat Qrup” MMC-nin təsisçisi və baş ditektoru

1958-ci ildə Azərbaycan Respublikası Tər-Tər rayonunda anadan olmuşdur. 1980-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakultəsini bitirmişdir. 1980-1987-ci illərdə Bakı Baş Tikinti i darəsində müxtəlif vəzifələrdə işləmişdir. 1987-1993-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan tikinti təşkilatında baş mühəndis, rəis vəzifəsində, 1993-1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye müəssisələri birliyində baş direktor, 2001-ci ildən 2012-ci ilə qədər Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat idarəsinin rəisi vəzifəsində işləmişdir

2001-ci ildən etibarən onun rəhbərlik etdiyi kollektiv Bakı və Gəncə şəhərlərində müasir tələblərə cavab verən yüksək mərtəbəli yaşayış binaları, tədris kompleksi, yanacaqdoldurma məntəqələri, qaçqın və məcburi köçkünlər üçünsu təchizatı sisteminin yenidən qurulması, çoxmərtəbəli avtomobil dayanacağı, ticarət mərkəzi, müasir tipli villalar kompleksini istifadəyə vermişdir. Mahir Cabbarov həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş.

“Atropatena”TİF və “Sahil İnşaat Qrup” MMC-nin təsisçisi və 2012-ci ildən hal-hazırkı dövrə kimi “Sahil İnşaat Qrup” MMC-nin baş direktoru vəzifəsində çalışır. Texnika üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 4 övladı var.

“SAHİL İNŞAAT QRUP” MMC-nin FƏALİYYƏT NÖVLƏRİ
Hüquqi ünvan: Bakı şəhəri Nəsimi rayonu,mənzil 941 ev.29
Faktiki ünvanı: Bakı şəhəri Nərimanov rayonu,Əliəşrəf Əlizadə 42/9
Sahil İnşaat Qrup
Sahil İnşaat Qrup
Sahil İnşaat Qrup
Sahil İnşaat Qrup